Avstraliyada 1926-cı ildə sürətlə yayılan kaktusların qarşısını almaq üçün təbiətə milyonlarla Cactoblastis cactorum güvəsi buraxılıb. Güvənin sürfələri kaktusların toxumalarını içəridən məhv edərək milyonlarla hektar ərazinin yenidən kənd təsərrüfatı və heyvandarlıq üçün istifadəsinə imkan yaradıb.
Kaktusların qarşısını almaq üçün mexaniki və kimyəvi üsulların kifayət etməməsindən sonra alimlər bitkinin təbii düşmənlərini araşdırıblar. Nəticədə sürfələri Opuntia növləri ilə qidalanan bu güvə seçilib və kütləvi şəkildə əraziyə buraxılıb.
Lakin Avstraliyada uğurlu nəticə verən üsul sonradan başqa ölkələrdə problemə çevrilib. Təsadüfən Şimali Amerikaya yayılan güvə burada kaktus təsərrüfatları və ekosistem üçün təhlükə yaradıb. Meksikaya yayılma ehtimalı isə bölgədə kaktus istehsalı üçün ciddi risk hesab olunur.
Prestij.media
















