Kolumbiyada hazırlanmış yeni tikinti texnologiyası plastik tullantıları sement, su və yapışdırıcı olmadan tikinti materialına çevirir. Xüsusi plastik bloklar LEGO hissələri kimi bir-birinə keçirilərək evlərin inşasına imkan verir.
Dörd nəfərlik kiçik bir komanda bu üsulla cəmi 5 gün ərzində 40 kvadratmetrlik ev tikə bilir. Evlərin sökülməsi də asandır və təxminən 3 gün ərzində başqa əraziyə daşına bilər.
Tullantı plastiklər yüksək temperaturda emal edilərək divar və digər konstruksiya elementlərinə çevrilir. Hazırlanan bloklarla iki mərtəbəyə qədər binaların tikilməsi mümkün olduğu bildirilir.
Prestij.media
















