ABŞ Prezidenti Donald Tramp bu il Kim Çen Inla yenidən görüşmək istədiyini açıqlasa da, Şimali Koreya iki lider arasındakı şəxsi münasibətlərin ölkənin milli təhlükəsizlik maraqlarından üstün olmadığını bildirib.
Pxenyan ABŞ-ın siyasətini hələ də düşmən münasibət kimi qiymətləndirir. Kim Çen Inın bacısı Kim Yo Conq isə ABŞ-ın hərbi təlimləri azaltmasını xoşməramlı addım hesab etmədiklərini açıqlayıb.
Şimali Koreyanın mümkün görüş üçün ABŞ-dan siyasətində ciddi dəyişiklik, düşmən münasibətin dayandırılması və nüvə dövləti kimi tanınmaq kimi şərtlər tələb etdiyi bildirilir.
Prestij.media
















