• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.7° Weather Columbus
$
1.7
€
1.909
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Səhiyyə Nazirliyi: Samuxda qarayara xəstəliyinin əhali arasında yayılması müşahidə olunmur

21 Avqust, 26 / 14:22
A A

Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir, yeni yoluxma halları qeydə alınmır və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur.

Prestij.media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rayonun Alıuşağı kəndində qarayara ilə bağlı hadisə qeydə alındıqdan dərhal sonra aidiyyəti qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik tədbirlər həyata keçirilib.

Aparılan epidemioloji araşdırmalar zamanı xəstəliklə təmasda olmuş şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə götürülüb və zəruri laborator müayinələr aparılıb. Eyni zamanda hadisənin baş verdiyi təsərrüfatda epidemioloji və epizootoloji araşdırma həyata keçirilib, laborator müayinə məqsədilə müvafiq nümunələr götürülüb.

Aparılan müşahidə və laborator müayinələrin nəticələrinə əsasən avqustun 15-dən etibarən yeni yoluxma halı qeydə alınmayıb.

Məlumata görə, hazırda xəstəlik aşkarlanmış şəxslər tibb müəssisəsində müvafiq müalicə alır, xəstəliklə təmasda olmuş digər şəxslər üzrə isə zəruri tibbi müşahidə və tədbirlər həyata keçirilib. Təmasda olan şəxslər arasında yeni yoluxma halı müəyyən edilməyib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlarla birgə xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində müvafiq profilaktik və əks-epidemik tədbirlər görülüb.

Nazirlik epidemioloji vəziyyətə nəzarəti davam etdirir.

Qeyd edək ki, qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.

Bənzər Xəbərlər

Manşet

Yeni iPhone-un təmir qiyməti 5 min dollara yaxınlaşıb

Oktyabr 16, 2026
Manşet

Limondan 60 dəfə çox C vitamini olan meyvə diqqət çəkib

Oktyabr 16, 2026
Manşet

Ölü ulduzun ətrafında yeni planet aşkarlanıb

Oktyabr 16, 2026
Manşet

Məşhur futbolçunun evi qarət olunub

Oktyabr 16, 2026
Manşet

Havayla meşələrə həşəratlar buraxılıb

Oktyabr 16, 2026
Manşet

Azərbaycan çox vacib uğurlara imza atıb – İsrail Prezidenti

Oktyabr 15, 2026

XƏBƏR LENTİ

FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdim olunub

16 Oktyabr, 26 / 16:10

Yeni iPhone-un təmir qiyməti 5 min dollara yaxınlaşıb

16 Oktyabr, 26 / 11:02

2500-dən çox metro vaqonu okeana batırılıb

16 Oktyabr, 26 / 11:01

Limondan 60 dəfə çox C vitamini olan meyvə diqqət çəkib

16 Oktyabr, 26 / 11:00

12 il bağlı qalan nəhəng körpü istifadəyə verilib

16 Oktyabr, 26 / 10:59

Gələcəkdə həyata qayıtmaq ümidi ilə 740 nəfər dondurulub

16 Oktyabr, 26 / 10:58

Səhv yol nişanları minlərlə sürücüyə cərimə yazılmasına səbəb olub

16 Oktyabr, 26 / 10:57

Dənizdəki yosun artımı 960 tona yaxın qızılbalığın ölümünə səbəb olub

16 Oktyabr, 26 / 10:56

Qısa körpünün tikintisi 314 milyon dollara başa gəlib

16 Oktyabr, 26 / 10:54

Ölü ulduzun ətrafında yeni planet aşkarlanıb

16 Oktyabr, 26 / 10:53
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.