Rusiyada iqtisadi vəziyyətin pisləşməsi fonunda milyonlarla insan bank hesablarındakı pulları çıxarmağa başlayıb. Kütləvi nağd pul tələbi son illərin ən yüksək səviyyəsinə çatıb və maliyyə sistemində narahatlıq yaradıb.
Rusiya Mərkəzi Bankının məlumatlarına görə, yalnız iyul ayında vətəndaşlar hesablarından 7,3 milyard dollar nağd pul çıxarıb. Ölkənin ən böyük banklarından biri olan Sberbank isə bu tendensiyanın ilin sonuna qədər 2022-ci ildə qeydə alınan rekord göstəricini təxminən iki dəfə üstələyə biləcəyini açıqlayıb.
Mütəxəssislər kütləvi pul çıxarılmasını ölkədə artan iqtisadi və siyasi narahatlıqlarla əlaqələndirirlər. İqtisadi artımın demək olar ki, dayanması və müharibənin daxili maliyyə yükünün artması əhalinin gələcəklə bağlı narahatlığını daha da gücləndirib.
Prestij.media
















