Son illərdə aparılan elmi araşdırmalar palma yağı ilə bağlı uzun illər formalaşmış bəzi fikirlərin yenidən qiymətləndirilməsinə səbəb olub. Mütəxəssislər bildirirlər ki, yağların sağlamlığa təsiri yalnız doymuş yağ tərkibinə əsasən qiymətləndirilməməlidir.
Araşdırmalara görə, palma yağı həm doymuş yağ turşularını, həm də zeytun yağında da rast gəlinən olein turşusunu ehtiva edir. Mütəxəssislər hesab edirlər ki, yağların sağlamlığa təsiri onların yağ turşusu tərkibi, istifadə məqsədi və ümumi qidalanma rejimi ilə birlikdə dəyərləndirilməlidir.
Bildirilib ki, palma yağının yüksək temperaturda sabitliyini qoruması onu qızartma və digər istiliklə hazırlanan yeməklər üçün uyğun seçimlərdən birinə çevirir. Bununla belə, həkimlər ürək-damar sağlamlığının qorunması üçün yalnız bir qida məhsuluna diqqət yetirməyin düzgün olmadığını vurğulayırlar.
Mütəxəssislərin sözlərinə görə, sağlam həyat tərzi balanslı qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və zərərli vərdişlərdən uzaq durmaqla mümkündür.
Prestij.media
















