Afrikanın təxminən 3 milyon əhalisi olan Namibiya Respublikasında 6 kilometr uzunluğunda böyük qızıl yatağı aşkarlanıb.
Kanadada fəaliyyət göstərən Ongwe Minerals şirkəti ölkədəki Omatjete Qızıl Layihəsi çərçivəsində Nguni ərazisində fasiləsiz 6 kilometr uzunluğunda qızıl yatağı müəyyən edib.
Aparılan torpaq nümunələrinin təhlili zamanı ərazidə qızılın yüksək səviyyədə olduğu açıqlanıb. Şirkət yatağın potensialını və iqtisadi səmərəliliyini müəyyənləşdirmək üçün avqust ayında 5 min metrlik qazma proqramına başlayacağını bildirib.
Yeni yatağın Namibiyanın mədənçilik sektorunda mühüm dəyişikliklərə səbəb ola biləcəyi qeyd olunur. Kəşfin ölkənin almazdan asılılığının azalmasına, qızıl və uran hasilatından əldə olunan gəlirlərin artmasına töhfə verəcəyi gözlənilir.
Prestij.media
















