• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14° Weather Columbus
$
1.7
€
1.9093
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir

01 İyul, 26 / 16:13
A A

Azərbaycanda respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.

Prestij.media Medianın İnkişafı Agentliyinə (MEDİA) istinadən xəbər verir ki, bu, 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə Agentliyin ictimai rəy sorğusunun nəticəsində qeyd edilib.

Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87,7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiq edir.

Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.

Bildirilib ki, etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır.

Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti – 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi:

“Sorğu nəticələrinin təhlili Prezidentə olan yüksək inam və etimadın dövlət başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada, Prezident ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir – respondentlərin 81,9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb”.

Qeyd edək ki, ictimai rəy sorğusu 20 may – 30 may 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib. Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib.

Xəta əmsalı +- 3 faizdir.

Bənzər Xəbərlər

Manşet

İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

Oktyabr 9, 2026
Manşet

Hindistan kəndində evlərin damına gecələr daş yağır

Oktyabr 9, 2026
Manşet

217 illik şifrəni süni intellekt 6 saata açıb

Oktyabr 9, 2026
Manşet

ABŞ-da 90 ildən sonra ilk dəfə açıq edam

Oktyabr 9, 2026
Cəmiyyət

ABŞ-da qızılca halları 4 mini keçib

Oktyabr 9, 2026
Cəmiyyət

Rusiyada vəba şübhəsi ilə ölən qadının anası danışıb

Oktyabr 9, 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

09 Oktyabr, 26 / 11:23

Pəncərələrə qabarcıqlı naylon yapışdırmağa başladılar

09 Oktyabr, 26 / 11:22

Hindistan kəndində evlərin damına gecələr daş yağır

09 Oktyabr, 26 / 11:21

Okeanın dibində qızılı ağaca bənzəyən canlı tapılıb

09 Oktyabr, 26 / 11:20

Dənizin ortasında 9.3 milyon kvadratmetrlik ada tikilir

09 Oktyabr, 26 / 11:18

Cənubi Koreya ilk hipersəs raketini sınaqdan keçirib

09 Oktyabr, 26 / 11:17

Taylanddan çıxan sərnişinlərə 30 dollarlıq vergi tətbiq oluna bilər

09 Oktyabr, 26 / 11:17

Avropada qaz ehtiyatları azaldı qış öncəsi narahatlıq yaranıb

09 Oktyabr, 26 / 11:16

Üç il ördəkləri üzüm bağında saxladılar torpaq dəyişib

09 Oktyabr, 26 / 11:13

217 illik şifrəni süni intellekt 6 saata açıb

09 Oktyabr, 26 / 11:12
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.