Kredit kartı borcunu ödəməkdə çətinlik çəkən şəxslər üçün hüquqi proses başlaya bilər. Borc üzrə göndərilən rəsmi bildirişə vaxtında cavab verilmədikdə maaş və əmlakla bağlı tədbirlər görülə bilər.
Prestij.media xəbər verir ki, kredit kartının minimum ödənişini 3 ay ərzində etməyən şəxslər bankların hüquqi təqibi ilə üzləşə bilər. Bu mərhələdən sonra borc işi icra orqanlarına yönləndirilə bilər.
Məlumata görə, borcluya göndərilən rəsmi ödəniş tələbnaməsindən sonra 7 gün ərzində etiraz edilməzsə və ya ödəniş həyata keçirilməzsə, icra prosesi davam etdirilir.
İcra prosesi başladıqda şəxsin bank hesablarına, maaşına və qanunla nəzərdə tutulan digər əmlaklarına məhdudiyyət qoyula bilər.
Mütəxəssislər bildirirlər ki, vətəndaşlar belə bildirişləri diqqətdən kənarda saxlamamalı və verilən hüquqi müddətlərə əməl etməlidir.
















