Kanadanın Alberta əyalətində yerləşən Veynrayt hərbi bazasında baş verən hadisədən sonra güclü yanğın başlayıb. Şiddətli külək alovun geniş əraziyə yayılmasına səbəb olub. Müdafiə naziri Devid Makqinti ölən və yaralananların olduğunu təsdiqləyib.
Hadisə nəticəsində zərər çəkənlərin sayı hələ açıqlanmayıb. Yaralıların çoxluğu səbəbindən Edmonton şəhərindəki xəstəxanalarda kütləvi tələfat halları üçün nəzərdə tutulan fövqəladə vəziyyət protokolu işə salınıb. Yaralıların şəhərdəki müxtəlif xəstəxanalara çatdırıldığı bildirilib.
Yerli hakimiyyət orqanları gecə saatlarında yanğının yayılmasının qarşısının alındığını açıqlayıb. Yanğınsöndürənlər ərazidə işlərini davam etdirirlər. Hadisənin səbəbi araşdırılır, çox sayda hərbi qulluqçunun yanğından təsirləndiyi qeyd olunur.
Prestij.media
















