İspaniya və Mərakeş Atlantik okeanında Kanar adalarının cənubunda yerləşən Tropik sualtı dağı ilə bağlı rəqabət aparır. Təxminən 120 milyon illik tarixə malik sönmüş vulkanın tellur və kobalt kimi strateji əhəmiyyətli mineral ehtiyatları ilə zəngin olduğu bildirilir.
Bu minerallar günəş panellərinin istehsalında elektrik avtomobillərinin batareyalarında və müasir texnologiyalarda istifadə olunur. Ərazinin hansı ölkəyə aid olacağı ilə bağlı məsələdə Birləşmiş Millətlər Təşkilatının qərarı mühüm rol oynaya bilər.
Lakin ehtiyatların çıxarılması yaxın illərdə mümkün görünmür. Dənizin təxminən 3 min metr dərinliyindəki yüksək təzyiq və çətin şərait səbəbindən uyğun texnologiyanın hazırlanmasının 20-30 il çəkə biləcəyi ehtimal edilir. Mütəxəssislər həmçinin mədən işlərinin həssas sualtı ekosistemə təsirindən narahatdırlar.
Prestij.media
















