Almaniyanın Essen şəhərində narkotik cinayətləri ilə bağlı həbsdə olan 34 yaşlı Diyar Gündüz xəstəxanadan qaçırılıb. Oktyabrın 14-də tibbi müayinə üçün aparılan məhbusun maskalı və silahlı iki köməkçisi həbsxana əməkdaşlarını zərərsizləşdirərək onun qaçmasına şərait yaradıblar.
Hadisə zamanı hücum edən şəxslər mühafizəçiləri qandallayıb və Gündüzün ayağındakı qandalı açaraq onu binadan çıxarıblar. Məhbus hadisə yerindən elektrikli skuterlə uzaqlaşıb. Məlumata görə, həbsxana əməkdaşları xəsarət almayıblar.
Polis qaçan məhbusun və ona kömək etməkdə şübhəli bilinən iki şəxsin axtarışına başlayıb. Şübhəlilərin silahlı ola biləcəyi ehtimalına görə sakinlərə onlara yaxınlaşmamaq və şübhəli vəziyyətlə qarşılaşdıqda polisə məlumat vermək tövsiyə olunub. Hadisə ilə bağlı araşdırma davam edir.
Prestij.media
















