Çilidə Portillo xizək kurortu yaxınlığında baş verən qar uçqunu bir qrup təbiət yürüşçüsünü İnka gölünün buz kimi sularına sürükləyib. Hadisə nəticəsində 4 nəfər ölüb 4 nəfər isə yaralanıb.
Paytaxt Santyaqodan təxminən iki saatlıq məsafədə baş verən hadisədən sonra ərazidə başqa insanların da köməksiz vəziyyətdə qala biləcəyi ehtimalı ilə axtarış-xilasetmə əməliyyatına başlanılıb. Əməliyyata yanğınsöndürənlər polis tibb işçiləri və xizək kurortunun əməkdaşları cəlb olunub.
Çilinin Milli Fəlakətlərin Qarşısının Alınması və Müdaxilə Xidməti yeni qar uçqunu riskinin xilasetmə işlərini çətinləşdirdiyini bildirib. Kurortun rəhbərliyi hadisənin xizək sürməyə icazə verilən ərazidən kənarda baş verdiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Prestij.media
















