Payız və qış aylarında avtomobil şüşələrinin buğulanması sürücülər üçün ciddi problem yaradır. Mütəxəssislər bu problemin qarşısını almaq üçün evdə olan adi qara çay paketlərindən istifadə etməyi məsləhət görürlər.
Çay paketlərinin gecə avtomobilin salonunda ön şüşəyə yaxın yerləşdirilməsi artıq nəmin bir hissəsinin udulmasına kömək edə bilər. Alternativ olaraq silika gel paketlərindən də istifadə etmək mümkündür. Lakin bu üsul şüşənin buğulanmayacağına zəmanət vermir.
Böyük Britaniyada şüşələrin görmə sahəsini məhdudlaşdırdığı vəziyyətdə avtomobil idarə etməyə görə cərimə 2 500 funt sterlinqə, yəni təxminən 3 300 dollara çata bilər. Sürücülərə yola çıxmazdan əvvəl şüşələri tam təmizləmək və avtomobilin buğu əleyhinə sistemindən istifadə etmək tövsiyə olunur.
Prestij.media
















