Balkonun xarici divarına və ya məhəccərinə icazəsiz kondisioner mühərriki quraşdıranlarla bağlı Türkiyədə Ali Məhkəmənin presedent qərarı gündəmə gəlib.
Qərara əsasən, binanın memarlıq layihəsinə zidd şəkildə quraşdırılan kondisionerin xarici bloku məhkəmə qərarı ilə sökülə bilər. Hətta qonşulardan bir nəfərin məhkəməyə müraciət etməsi belə məsələnin araşdırılması üçün əsas ola bilər.
Məhkəmənin sökülmə qərarına əməl edilmədikdə isə ev sahibi və ya kirayəçi əlavə icra və məhkəmə xərcləri ilə üzləşə bilər.
Prestij.media
















