İtaliyanın məşhur turizm bölgəsi olan Cinque Terre Milli Parkında yeni qaydalar qüvvəyə minib. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən ərazidə yürüş marşrutlarında barmaqarası başmaq, sandal və yürüş üçün uyğun olmayan düz altlı ayaqqabı geyinmək qadağan edilib.
Qərarın məqsədi dik yamaclar və sürüşkən cığırlarda baş verən qəzaların qarşısını almaqdır. Qaydanı pozan yerli və xarici turistlər 2 500 avroya qədər cərimələnə bilərlər.
Bundan əlavə, turist sıxlığını azaltmaq üçün bəzi marşrutlarda pik saatlarda birtərəfli hərəkət sistemi tətbiq olunub. Milli Parkın yürüş yollarından istifadə etmək istəyən ziyarətçilər üçün isə gündəlik Cinque Terre Kartı almaq məcburi edilib.
Prestij Media
















