İrlandada əhalisi azalan adalardakı boş və baxımsız evlərin yenidən istifadəyə verilməsi üçün yüksək məbləğdə dövlət dəstəyi göstərilir. “Our Living Islands” proqramı çərçivəsində Arranmore, Clare Island, Bere Island və Inis Mór kimi adalarda uyğun evləri bərpa edənlər 84 min avroyadək qrant ala bilirlər.
Lakin bu vəsait adaya köçən hər kəsə verilən pul deyil. Dəstək boş və ya yararsız vəziyyətdə olan evlərin təmir xərclərinin qarşılanmasına yönəlib. Xaricdən gələn şəxslərə isə bu proqram avtomatik olaraq İrlandiyada yaşamaq və ya işləmək hüququ vermir.
Proqramdan yararlanmaq üçün evin ən azı iki il boş qalması və müəyyən şərtlərə cavab verməsi tələb olunur. Adalarda tikinti materialları və işçilərin daşınması daha baha başa gəldiyi üçün burada dəstək məbləği daha yüksəkdir.
Prestij.media
















