Hindistanın Assam ştatında aramsız yağan yağışların səbəb olduğu güclü sel fəlakəti can almaqda davam edir. Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 61 nəfərə yüksəlib.
Assam Ştatının Fəlakətlərin İdarə Olunması İdarəsinin (ASDMA) açıqlamasında bildirilib ki, son sutka ərzində daha 14 nəfər həyatını itirib. Güclü yağışlar nəticəsində çoxsaylı yaşayış məntəqələri su altında qalıb, minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Səlahiyyətli qurumlar bölgədə xilasetmə və yardım əməliyyatlarının davam etdiyini, hava şəraitinin isə vəziyyəti daha da çətinləşdirdiyini açıqlayıb.
Prestij.media
















