Çinin Kunşan şəhərində inşa edilən və “Kunşan Piramidası” kimi tanınan 18 mərtəbəli yaşayış binası qeyri-adi memarlığı ilə maraq doğurur.
2013-cü ildə istifadəyə verilən bina məşhur düyü terraslarından ilham alınaraq layihələndirilib. Tikilinin iki tərəfi maili formada inşa olunduğundan uzaqdan piramidanı xatırladır.
Pilləli quruluş sayəsində hər mənzil geniş açıq terrasa malikdir. Bununla yanaşı, binanın qeyri-adi memarlığı işıqlandırma, havalandırma və yanğın təhlükəsizliyi baxımından mühəndislər üçün əlavə çətinliklər yaradır.
Bütün bunlara baxmayaraq, bu bina Çinin ən fərqli və maraqlı yaşayış layihələrindən biri hesab olunur və turistlərin böyük marağına səbəb olur.
Prestij.media
















