ABŞ-da 1943-cü ildə səhvən polad əvəzinə bürüncdən zərb edilən nadir 1 sentlik sikkələrdən biri hərracda 840 min dollara, yəni təxminən 40 milyon manata satılıb. Dünyada bu sikkədən 20-dən az olduğu təxmin edilir.
“Lincoln Wheat” kimi tanınan nadir sent Heritage Auctions hərracında rekord qiymətə alıcı tapıb. Mütəxəssislər bildirirlər ki, xüsusilə səhv zərb edilmiş köhnə sikkələr kolleksiyaçılar üçün böyük dəyər daşıyır.
Sikkə necə səhvən zərb edildi?
İkinci Dünya müharibəsi illərində ABŞ-da misə qənaət etmək məqsədilə 1 sentlik sikkələrin istehsalında poladdan istifadə edilməyə başlanıb. Lakin zərbxanada əvvəlki istehsaldan qalan bir neçə bürünc blankın maşında qalması nəticəsində bəzi sikkələr səhvən bürüncdən zərb edilib.
Bu sikkələr dövriyyəyə buraxılmamalı olsa da, bir neçəsi təsadüfən insanların əlinə keçib. Hazırda həmin nadir nümunələr ABŞ sikkəçilik tarixinin ən qiymətli səhv zərblərindən hesab olunur.
Köhnə qəpiklər arasında başqa qiymətli nümunələr də var. Məsələn, 1913-cü il istehsalı olan “Liberty Head Nickel” sikkəsinin cəmi 5 nümunəsinin mövcud olduğu bilinir. Onlardan biri əvvəlki hərraclarda 4,5 milyon dollardan baha qiymətə satılıb.
Prestij.media
















