Prestij.media xəbər verir ki, Türkiyədə kontakt linzaların internet üzərindən satışı ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Yeni tənzimləməyə əsasən, kontakt linzalar artıq istənilən internet saytında satıla bilməyəcək. Onlayn satış yalnız optika müəssisələrinə məxsus və Türkiyə Dərman və Tibbi Cihaz Qurumu (TİTCK) tərəfindən rəsmi icazə verilmiş internet saytları vasitəsilə həyata keçiriləcək.
Qaydalara əsasən, internet üzərindən kontakt linza almaq istəyən şəxslər əvvəlki kimi etibarlı həkim resepti təqdim etməlidirlər. Beləliklə, onlayn sifarişlərdə resept tələbi qüvvədə saxlanılıb.
Bundan əlavə, TİTCK-yə internet saytlarına satış icazəsi vermək səlahiyyətini zərurət yarandığı halda aidiyyəti qurumlara həvalə etmək imkanı da tanınıb.
Yeni qaydalar 3 iyul 2026-cı il tarixindən etibarən rəsmi olaraq qüvvəyə minib.
















