Almaniyanın aparıcı bankalarından Commerzbank yenidən strukturlaşma çərçivəsində 2028-ci ilə qədər 3 900 işçi ilə yollarını ayırmağı planlaşdırır. Bank xərcləri azaltmaq, rəqəmsallaşmaya uyğunlaşmaq və artan rəqabətə qarşı daha çevik fəaliyyət göstərmək üçün genişmiqyaslı dəyişikliklərə başlayır.
Prestij.media xəbər verir ki, İtaliyanın UniCredit bankının birləşmə təklifini rədd edən Commerzbank dönüşüm planını sürətləndirib. İxtisarların əsas hissəsinin Almaniyadakı əməkdaşlara təsir edəcəyi gözlənilir. Bank yenidən strukturlaşma ilə daha səmərəli və rəqabətqabiliyyətli təşkilati model yaratmağı hədəfləyir.
Bankın dönüşüm proqramının 2025-ci il üzrə xərclərinin təxminən 700 milyon avroya çatacağı bildirilir. Prosesə CEO Bettina Orlopp rəhbərlik edir. Commerzbank-ın ixtisar qərarı Almaniyada bank sektorunda məşğulluğun gələcəyi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.
















