Türkiyədə Brent markalı neftin qiymətinin ucuzlaşması fonunda benzinin litr qiymətində oktyabrın 20-dən etibarən 4,30 türk lirəsi endirim gözlənilib. Məlumata görə, neftin bir barelinin qiyməti 104 dollara qədər geriləyib.
Endirim tətbiq olunacağı təqdirdə benzinin litri İstanbulda təxminən 79,60 türk lirəsinə, Ankarada 80,60 türk lirəsinə, İzmirdə isə 80,80 türk lirəsinə satıla bilər. Şərq bölgələrində qiymətin 82,20 türk lirəsi olacağı proqnozlaşdırılıb.
Məlumata əsasən, dizel yanacağı və maye qazın qiymətində hələlik dəyişiklik gözlənilmir. Yanacağın qiymətlərinin dünya bazarında neftin dəyərindən və valyuta məzənnələrindən asılı olaraq yenilənə biləcəyi bildirilib.
Prestij.media
















