Böyük Britaniyanın təbii qaz saxlama gücünün təxminən yarısını təmin edən “Rough” anbarı bağlanmaq təhlükəsi ilə üzləşib. Müəssisəni idarə edən “Centrica” şirkəti 2027-ci ilin aprelindən sonra fəaliyyətini dayandırmağı planlaşdırdığını açıqlayıb.
“Unite” həmkarlar ittifaqı hökuməti təcili müdaxiləyə çağırıb. Təşkilatın bildirdiyinə görə, anbarın bağlanması 450 nəfərin işini itirməsinə, gələcək enerji böhranı zamanı isə elektrik kəsintiləri və istilik problemlərinə səbəb ola bilər.
Yorkşir sahillərindən təxminən 29 kilometr aralıda yerləşən anbarın hazırda boş olduğu və ölkənin cəmi 12 günlük qaz ehtiyatının qaldığı bildirilir. “Centrica” müəssisənin yenilənməsi və tutumunun artırılması üçün 2 milyard funt sterlinq həcmində investisiya planlaşdırır, lakin hökumətdən gəlir təminatına dair mexanizm tələb edir. Həmkarlar ittifaqı razılıq əldə olunmasa, müəssisənin dövlət mülkiyyətinə keçirilməsi variantının da nəzərdən keçirilməsini istəyir.
Prestij.media
















