Niderlandda qeyri-adi təkrar emal layihəsi həyata keçirilib. Kanalizasiya sularından toplanan tualet kağızı lifləri xüsusi emaldan keçirilərək tikinti materialına çevrilib və binanın xarici üzlüyündə istifadə olunub.
Utrext şəhəri yaxınlığındakı De Meern bölgəsində yerləşən su idarəsinə məxsus binanın fasadında təxminən 2 min rulon tualet kağızına bərabər tullantıdan əldə edilən sellüloz liflərindən hazırlanmış panellər quraşdırılıb. Material əvvəlcə təmizlənib və yenidən istifadəyə yararlı hala gətirilib.
Layihənin əsas məqsədi kanalizasiya tullantılarından faydalı xammal əldə etməklə tikinti sektorunda yeni materiallara olan ehtiyacı azaltmaqdır. Bu üsulun geniş tətbiqi üçün panellərin davamlılığı, qulluq xərcləri və istehsal qiyməti də qiymətləndirilməlidir.
Prestij.media
















