İspaniyanın Karmona şəhərində yol qovşağının yenilənməsi zamanı təxminən 400 illik tarixi körpü aşkarlanıb. Təxminən 60 ildir müasir yol örtüyünün altında qalan körpünün XVII və ya XVIII əsrdə inşa edildiyi ehtimal olunur.
Arxeoloqların məlumatına görə, körpünün yerləşdiyi yolun tarixi isə daha qədimdir. Bu ərazidən Roma imperiyasının mühüm yollarından biri olan Via Augusta keçib. Körpü Roma dövrünə aid olmasa da, onun yerləşdiyi marşrutun həmin dövrdən etibarən istifadə edildiyi bildirilir.
Mütəxəssislər körpünün yağışlı havalarda ərazidə yaranan güclü su axınlarının qarşısını almaq və insanların, eləcə də nəqliyyat vasitələrinin keçidini təmin etmək üçün tikildiyini bildirirlər. Karmona bələdiyyəsi tarixi körpünün yenidən torpaq altında qalmaması və yeni yol qovşağının tərkibində qorunması barədə qərar verib.
Prestij.media
















