Çinin Dalyan şəhərində tamamlanan nəhəng sualtı tunel 18 beton blokdan ibarətdir. 5,1 kilometrlik layihə sayəsində körfəzin ətrafında təxminən 1 saat çəkən yol 5 dəqiqəyə enib.
Dalyan körfəzinin iki sahilini birləşdirən tunelin sualtı hissəsi hər biri 180 metr uzunluğunda, 33,4 metr enində və təxminən 60 min ton ağırlığında olan 18 beton hissədən inşa edilib. Beton hissələr əvvəlcə quruda hazırlanıb, daha sonra dənizdə üzən vəziyyətdə müəyyən ərazilərə aparılaraq suyun dibinə endirilib və birləşdirilib.
Altı zolaqlı tunelin maksimal sürət həddi saatda 60 kilometrdir. Təxminən 7 kilometrlik bağlantı yolları ilə birlikdə layihənin şəhər daxilində nəqliyyatın hərəkətini sürətləndirəcəyi və körfəz ətrafında 1 saatlıq məsafəni cəmi 5 dəqiqəyə endirəcəyi bildirilir.
Prestij.media
















