Çində böyük şəhərlərdə yaranan uzunmüddətli tıxaclar imkanlı şəxslər üçün yeni xidmətin ortaya çıxmasına səbəb olub. “Kölgə sürücü” adlandırılan bu xidmət sayəsində sürücülər tıxacda saatlarla gözləmədən təyinat yerinə gedə bilirlər.
Sistemə əsasən, avtomobil sahibi xüsusi tətbiq vasitəsilə xidmət sifariş edir. Qısa müddət ərzində iki nəfərdən ibarət motosikletli peşəkar komanda hadisə yerinə gəlir. Komandanın bir üzvü müştərini motosikletlə təyinat yerinə aparır, digər şəxs isə avtomobilin sükanı arxasına keçərək maşını təhlükəsiz şəkildə müştərinin göstərdiyi ünvana və ya dayanacağa çatdırır.
Xüsusilə təyyarəyə və ya vacib görüşə gecikmək istəməyən şəxslərin müraciət etdiyi xidmətin yaxın gələcəkdə İstanbul kimi tıxacın ciddi problem olduğu şəhərlərdə də tətbiq oluna biləcəyi bildirilir.
Prestij.media
















