Kanadanın Vankuver adasında yerləşən Cathedral Grove meşəsi 800 ildən çoxdur insan müdaxiləsindən qorunur. Buradakı nəhəng ağacların hündürlüyü 80 metrə, gövdələrinin diametri isə 9 metrdən çoxa çatır.
Britaniya Kolumbiyası əyalətindəki MacMillan Əyalət Parkında yerləşən meşənin qorunması ilə bağlı təşəbbüs 1929-cu ildə başlayıb. Ərazi 1947-ci ildə rəsmi olaraq xüsusi təbii mühafizə statusu alıb. Meşə yerli Hupacasath xalqının ata-baba torpaqlarının bir hissəsidir.
Burada yıxılan yüzillik ağaclar təbii şəkildə çürüyərək torpağa qarışır və yeni bitkilərin böyüməsinə şərait yaradır. Ərazidə 550-dən çox mamır növü və çoxsaylı qıjı növləri var. Ziyarətçilərin meşənin həssas ekosisteminə zərər verməməsi üçün xüsusi taxta cığırlarla hərəkət etməsinə icazə verilir.
Prestij.media
















