ABŞ-da ChatGPT-nin yaradıcısı OpenAI şirkətinin Kaliforniyadakı ofisində rəhbərlərin iclas otağına gizli səs yazma cihazı yerləşdirilməsi ilə bağlı bir nəfər saxlanılıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, şübhəlinin şirkətə aid məxfi məlumatları əldə etməyə çalışdığı iddia olunur.
Şirkət əməkdaşları sentyabrın sonunda iclas otağındakı televizorun arxasında yerləşən USB girişində gizlədilmiş səs yazma cihazı aşkarlayıblar. Araşdırma zamanı cihazın təxminən sentyabrın 28-də yerləşdirildiyi müəyyən edilib. Şübhəlinin çantasında da başqa bir səs yazma cihazının tapıldığı bildirilir.
2025-ci ilin iyulundan şirkətdə mühəndis kimi çalışan Səudiyyə Ərəbistanı vətəndaşı Abdulrahman Alfozan oktyabrın 9-da saxlanılıb. Təqsiri məhkəmədə sübuta yetirilərsə, onu 5 ilədək həbs, 250 min dollar cərimə və 3 il nəzarət altında azadlıq cəzası gözləyə bilər.
Prestij.media
















