İngiltərənin cənub-qərbində yerləşən Lundy adasında aylarla davam edən quraqlıq ciddi su çatışmazlığına səbəb olub. Su anbarlarının doluluq səviyyəsi 13 faizə qədər düşüb. Vəziyyətin ağırlaşması səbəbindən adada gündəlik su istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edilib.
Suya qənaət məqsədilə duş qəbul etmə müddəti azaldılıb, ziyarətçilərdən lazımsız yerə unitazın su buraxma düyməsindən istifadə etməmələri istənilib. Bəzi sakinlər duş zamanı topladıqları sudan tualetlərdə təkrar istifadə edirlər. Turistlərin sayı məhdudlaşdırılıb, düşərgə ərazisi isə müvəqqəti bağlanıb.
Avqust ayından etibarən adaya gəmilərlə su daşınır. Uzunmüddətli həll yolu kimi 300 min litr tutumlu yeni su anbarının yaradılması nəzərdən keçirilir. Yağışlar yağmayacağı təqdirdə adanın bağlanması, 28 daimi sakinin və hətta təsərrüfat heyvanlarının təxliyəsi gündəmə gələ bilər.
Prestij.media
















