Böyük Britaniyada yanacağın qiymətinin kəskin artması dizel avtomobil sahiblərinin xərclərini yüksəldib. Kral Avtomobil Klubunun (RAC) məlumatına görə, dizelin litr qiyməti 2 funt sterlinq həddinə yaxınlaşıb.
Hesablamalara əsasən, hər 1 gallon yanacaqla təxminən 45 mil gedən dizel avtomobilin hər kilometrə yanacaq xərci 20 pensə çatıb. İldə 10 min mil yol qət edən sürücünün illik yanacaq xərci isə 2 020 funt sterlinqə yüksəlib.
Digər tərəfdən, 2027-ci ildən elektrik avtomobilləri üçün hər kilometrə 3 pens ödəniş nəzərdə tutulan yeni sistemin tətbiqi planlaşdırılır. Yüksələn yanacaq qiymətləri fonunda sürücülər hökumətin vergi güzəştləri ilə bağlı qərarlarını gözləyirlər.
Prestij.media
















