ABŞ-ın bir neçə ştatında səhər saatlarında səmanı işıqlandıran qeyri-adi görüntü insanları təəccübləndirib. Meduzaya bənzəyən nəhəng işıq Florida, Corciya, Tennessi və paytaxt Vaşinqton ətrafından müşahidə edilib.
Qeyri-adi mənzərənin səbəbi oktyabrın 13-də Florida ştatındakı Kanaveral burnundan buraxılan SpaceX şirkətinin Falcon 9 raketi olub. Raketin atmosferin yuxarı qatlarında buraxdığı qazlar genişlənərək buludabənzər forma yaradıb. Günəş şüaları həmin qazları işıqlandırdıqda səmada parlaq gövdə və aşağıya doğru uzanan işıq izləri yaranıb.
Mütəxəssislər bu hadisəni raket buraxılışları zamanı müşahidə olunan “kosmik meduza” effekti adlandırırlar. Raket NASA-nın Beynəlxalq Kosmik Stansiyaya təchizat missiyası çərçivəsində buraxılıb və Dragon kosmik gəmisi ilə təxminən 2,9 ton elmi avadanlıq və digər yüklər göndərib.
Prestij.media
















