Səudiyyə Ərəbistanının Maaden mədən şirkəti ölkənin dörd fərqli ərazisində aparılan qazma işləri nəticəsində ümumilikdə 7,8 milyon unsiya yeni qızıl ehtiyatı müəyyən edib. Kəşf ölkənin mədən sənayesinin genişləndirilməsi baxımından mühüm hadisə hesab olunur.
Ən böyük artım Mansourah Massarah yatağında qeydə alınıb. Burada qızıl ehtiyatı 3 milyon unsiya artıb. Uruq 20/21 və Umm As Salam ərazilərində ümumilikdə 1,67 milyon unsiya artım müəyyən edilib. Yeni araşdırılan Vadi Əl-Cəvv bölgəsində isə 3,08 milyon unsiya qızıl mənbəyi aşkarlanıb.
Şirkət yeni kəşflərin gələcək hasilat imkanlarını artıracağını gözləyir. Maaden 2026-cı ildə də geoloji kəşfiyyat işlərini davam etdirməyi, eyni zamanda mis və nikel kimi digər faydalı qazıntıların ehtiyatlarını araşdırmağı planlaşdırır.
Prestij.media
















