Çinin şimal-qərbində yerləşən Taklamakan səhrasının altında iki böyük yeraltı su hövzəsi aşkar edilib. Sincan Uyğur Muxtar Rayonunun Geologiya Bürosunun apardığı araşdırmalar zamanı üzə çıxarılan ehtiyatların bölgənin su təminatı üçün əhəmiyyətli potensiala malik olduğu bildirilir.
Tədqiqatçılar duzluluq səviyyəsi şirin sudan yüksək olan bu suların kənd təsərrüfatında suvarma, səhralaşmaya qarşı mübarizə və süni intellekt məlumat mərkəzlərinin soyudulması kimi sahələrdə istifadəsini araşdırırlar. Bəzi məqsədlər üçün suyun əvvəlcədən təmizlənməsi tələb oluna bilər.
Təxminən 337 600 kvadratkilometr ərazini əhatə edən Taklamakan səhrasında su ehtiyatlarının öyrənilməsi davam edir. Çin eyni zamanda səhranın ətrafında yaşıllıq zolaqları salır və kənd təsərrüfatı layihələri həyata keçirir.
Prestij.media
















