ABŞ-ın Arizona ştatının Finiks şəhərində həddindən artıq istilərlə mübarizə aparmaq üçün yolların üzərinə xüsusi açıq boz örtük çəkilib. Günəş işığını əks etdirən bu örtük ənənəvi qara asfaltın həddindən artıq qızmasının qarşısını almağa hesablanıb.
“Cool Pavement” adlanan proqram çərçivəsində mövcud asfaltın üzərinə xüsusi material tətbiq olunur. Bunun üçün yolları sökməyə və yenidən asfaltlamağa ehtiyac qalmır.
Aparılan ölçmələrə görə, yeni örtük yol səthinin temperaturunu adi qara asfaltla müqayisədə 7 dərəcəyədək azalda bilir. Finiks şəhərində bu üsul artıq 322 kilometr uzunluğunda yolda tətbiq edilib.
Prestij.media
















