ABŞ-ın Arizona ştatındakı Sonora səhrasında vəhşi atlar və eşşəklərin su tapmaq üçün qazdığı quyular onlarla heyvan növü üçün mühüm su mənbəyinə çevrilib. Araşdırmalar göstərib ki, bu quyulardan ümumilikdə 57 onurğalı heyvan növü istifadə edir.
Tədqiqatçılar müəyyən ediblər ki, bəzi ərazilərdə bu quyular mövcud yerüstü su ehtiyatlarının 74 faizini təşkil edir. Kameralar vasitəsilə aparılan müşahidələr zamanı quşların maralların ayıların və dağ şirlərinin də həmin sulardan istifadə etdiyi qeydə alınıb.
Quyuların ətrafında heyvan növlərinin sayı susuz ərazilərlə müqayisədə 64 faiz çox olub. Bununla belə, mütəxəssislər vəhşi at və eşşəklərin bəzi bölgələrdə bitki örtüyünə zərər verə və yerli heyvanlarla su uğrunda rəqabət apara bildiyini də vurğulayırlar.
Prestij.media
















