Norveçdə aşkar edilən və ölkə tarixinin ən böyük Viking dövrü pul xəzinəsi hesab olunan kolleksiyanın araşdırılması zamanı təxminən 1000 illik nadir gümüş sikkə üzə çıxıb. Əvvəlcə İngiltərə kralına aid olduğu düşünülən sikkənin Norveç kralı Olaf Haraldssonun adına zərb edildiyi müəyyənləşib.
Mørstad xəzinəsi 2026-cı il aprelin 10-da metal detektoru ilə axtarış aparan iki nəfər tərəfindən tapılıb. Kolleksiyada təxminən 5 500 sikkə var. Mütəxəssislər nadir nümunəni digər pulların təmizlənməsi və təsnifatı zamanı aşkar ediblər.
Təxminən 1024–1028-ci illərdə zərb edildiyi ehtimal olunan sikkənin eyni dizaynda cəmi dörd nümunəsi əvvəllər məlum idi. Araşdırmalar davam edir və xəzinədəki sikkələrin sayının 6 mini keçə biləcəyi ehtimal olunur.
Prestij.media
















