ABŞ-da məşhur Gatorade içki markasının bəzi məhsulları satışdan geri çağırılır. Qərar etiketlərdə göstərilməyən qida boyalarının aşkarlanmasından sonra qəbul edilib. Geri çağırılma PepsiCo şirkətinə məxsus markanın dörd çeşidini əhatə edir.
ABŞ Qida və Dərman Administrasiyasının məlumatlarına əsasən, ümumilikdə 122 min 21 qutu içki ilə bağlı tədbir görülür. Siyahıya limon-laym, şəkərsiz limon-laym, portağal və şəkərsiz portağal çeşidlərinin 828 millilitrlik butulkaları daxildir.
Məhsullar ABŞ-ın 37 ştatında satışa çıxarılıb. Müvafiq rəngləndiricilərə həssaslığı olan istehlakçılara bu içkilərdən istifadə etməmək tövsiyə olunur. Geri çağırılma ilə əlaqəli xəstəlik halı barədə məlumat verilməyib.
Prestij.media
















