İngiltərənin cənub sahillərində yerləşən Rampion dəniz külək elektrik stansiyasında maraqlı layihə həyata keçirilib. Susseks sahilləri yaxınlığında bir külək turbininin ətrafına təkrar emal edilmiş betondan hazırlanan 75 min kub düzülüb.
Layihənin əsas məqsədi dalğaların və su axınlarının dəniz dibini aşındırmasının qarşısını almaq və turbinin təməlini qorumaqdır.
Beton kubların arasında yaranan boşluqların balıqlar və digər dəniz canlıları üçün sığınacağa çevriləcəyi gözlənilir. Layihənin dəniz ekosisteminə təsiri isə mütəmadi olaraq izlənəcək.
Prestij.media
















