Telefonla danışarkən otaqda gəzişmək bir çox insanda rast gəlinən davranışdır. Psixoloqlara görə bunun səbəblərindən biri danışıq zamanı bədənin hərəkətə ehtiyac duymasıdır.
Mütəxəssislər bildirir ki, qarşı tərəfin mimikalarını görə bilməmək beyində əlavə gərginlik yarada bilər. Gəzmək isə bu gərginliyi azaltmağa və fikirləri ifadə etməyə kömək edir.
Həmçinin yüngül hərəkətin diqqəti artırdığı və düşüncələri toparlamağı asanlaşdırdığı qeyd olunur. Buna görə telefon danışığı zamanı fərqinə varmadan gəzmək tamamilə normal davranış sayılır.
Prestij.media
















