Prestij.media xəbər verir ki, Rusiyanın Pskov vilayətində iyulun onundan etibarən benzin satışı avtomobillərin dövlət qeydiyyat nişanına əsasən həyata keçiriləcək.
Yeni qaydalara əsasən, cüt tarixlərdə nömrəsinin ilk rəqəmi sıfır, iki, dörd, altı və ya səkkiz olan avtomobillər, tək tarixlərdə isə bir, üç, beş, yeddi və doqquz rəqəmi ilə başlayan nömrələrə sahib nəqliyyat vasitələri yanacaq ala biləcəklər.
Məhdudiyyətlər operativ, qəza-xilasetmə və təcili yardım xidmətlərinin nəqliyyat vasitələrinə şamil edilməyəcək. Qərarın bölgədə yanacaq təminatını tənzimləmək məqsədi daşıdığı bildirilir.
















