Mütəxəssislər bildirirlər ki, ürək-damar xəstəlikləri riskini azaltmaq üçün təkcə dərmanlar deyil, sağlam qidalanma da mühüm rol oynayır. Kardioloqlar bəzi meyvələrin müntəzəm istehlakının ürək sağlamlığını qorumağa kömək etdiyini vurğulayırlar.
Həkimlərin tövsiyə etdiyi dörd əsas meyvə bunlardır:
- Alma – Lif və antioksidantlarla zəngindir. Xolesterinin tənzimlənməsinə və arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edir.
- Avokado – Tərkibindəki faydalı yağlar “pis” xolesterinin azalmasına, “yaxşı” xolesterinin isə artmasına dəstək verir.
- Qaragilə – Güclü antioksidant mənbəyi olan bu meyvə damarları sərbəst radikalların təsirindən qoruyur və qan dövranını yaxşılaşdırır.
- Portağal – C vitamini və bitki mənşəli faydalı maddələr sayəsində immuniteti gücləndirir, iltihabı azaldır və ürək-damar sistemini dəstəkləyir.
Mütəxəssislər qeyd edirlər ki, sağlam ürək üçün yalnız bir qidanın qəbulu kifayət etmir. Emal olunmuş məhsullardan uzaq durmaq, balanslı qidalanmaq və aktiv həyat tərzi sürmək də böyük əhəmiyyət daşıyır.
Prestij.Media
















