Suriyada köhnə əskinasların istifadəsi üçün nəzərdə tutulan 90 günlük keçid müddəti başa çatıb və onlar rəsmi olaraq dövriyyədən çıxarılıb.
Prestij.media xəbər verir ki, pul islahatı çərçivəsində yeni əskinaslar dövriyyəyə buraxıldıqdan sonra köhnə pulların hüquqi qüvvəsi iyulun 31-dən etibarən ləğv edilib. Sosial şəbəkələrdə Bəşər Əsədin təsviri olan bəzi köhnə əskinasların yandırılmasını əks etdirən görüntülər də yayılıb.
Yeni əskinaslarda nominal dəyərlər sadələşdirilib və üzərlərində zeytun, buğda, portağal və qızılgül kimi kənd təsərrüfatını əks etdirən təsvirlər yer alıb.
Rəsmilər bildiriblər ki, dövriyyədən çıxarılan köhnə əskinasların məhv edilməsi prosesi müəyyən edilmiş qaydada davam etdirilir.
















