İngiltərədə tanınmış lüks şokolad istehsalçısı Marasu’s Petit Fours maliyyə çətinliyi səbəbindən idarəetməyə təhvil verilib. Şirkət 40 ildən çoxdur fəaliyyət göstərirdi.
Prestij.media xəbər verir ki, Harrods, Selfridges və Fortnum & Mason kimi məşhur mağazalar üçün məhsul hazırlayan şirkət artan xərclər səbəbindən böhranla üzləşib.
Qlobal kakao qiymətlərinin yüksəlməsi və istehsal xərclərinin artması şirkətin mali vəziyyətinə ciddi təsir edib.
1986-cı ildə yaradılan şirkətin Londondakı zavodunda ildə 300 tondan çox şokolad istehsal olunurdu.
Şirkətin Marasu’s və Prestat markaları rəqib istehsalçı L’Artisan du Chocolat tərəfindən alınıb.
Prestat brendi isə vaxtilə Britaniya kral ailəsi ilə əlaqələri və məşhur yazıçı Roald Dahlın əsərlərinə ilham verməsi ilə tanınırdı.
















