Portuqaliyada aparılan araşdırma nəticəsində yaşı 3 700 ildən çox olan zeytun ağacının hələ də məhsul verdiyi müəyyən edilib. Beja bölgəsinin Vidigueira ərazisində yerləşən ağacın Finikiyalılar və Romalılar dövründən günümüzə qədər gəlib çatdığı bildirilir.
Trás-os-Montes və Alto Douro Universitetinin (UTAD) alimləri ağacın yaşını xüsusi riyazi model vasitəsilə müəyyənləşdiriblər. Prestij.media xəbər verir ki, bu üsul gövdənin diametri, hündürlüyü və çevrəsi kimi göstəricilər əsasında ağaca zərər vermədən yaşın hesablanmasına imkan verir.
Mütəxəssislər zeytun ağaclarının minilliklər boyu yaşamasını güclü kök sistemi, yüksək yenilənmə qabiliyyəti və Aralıq dənizi iqliminə uyğunlaşması ilə əlaqələndirirlər.
















