ABŞ və İran nümayəndə heyətlərinin bu həftə Dohaya yollanacağı açıqlansa da, tərəflər arasında görüşün baş tutacağı hələ də qeyri-müəyyəndir. İran Xarici İşlər Nazirliyi yaxın günlərdə Amerika tərəfi ilə heç bir səviyyədə danışıqların planlaşdırılmadığını bəyan edib.
Buna baxmayaraq, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Dohaya gedəcəyi bildirilir. Vaşinqton və Tehran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasından sonra aparılması nəzərdə tutulan danışıqların əsas mövzuları nüvə proqramı, daimi sülh sazişi və Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasıdır.
Son günlər tərəflərin bir-birini razılaşmanın şərtlərini pozmaqda ittiham etməsi isə danışıqların gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb. ABŞ Prezidenti Donald Tramp görüşün baş tutub-tutmayacağı ilə bağlı “Bəlkə vacib olacaq, bəlkə də olmayacaq. Bunu zaman göstərəcək” ifadəsini işlədib.
Prestij.media
















