Samsung və Google yaxın günlərdə milyonlarla Galaxy telefona Android 17 yeniləməsini təqdim etməyə hazırlaşır. Yeniləmə “One UI 9” interfeysi ilə birlikdə gələcək.
Yeni sistemdə tətbiqlərin “üzən pəncərə” kimi işləməsi, ekran qeydi zamanı eyni anda kamera görüntüsünün əlavə edilməsi və qatlanan telefonlar üçün xüsusi oyun rejimi kimi funksiyalar yer alacaq.
Ən böyük yenilik isə “Gemini Intelligence” adlı süni intellekt sistemi olacaq. Bu texnologiya istifadəçilərə avtomatik tapşırıqların icrası, ağıllı təkliflər və daha inkişaf etmiş səsli idarəetmə imkanları verəcək.
Bununla yanaşı, təhlükəsizlik və məxfiliklə bağlı yeni funksiyalar da əlavə olunur. Ekspertlər isə bu tip “avtonom süni intellekt” sistemlərinin mümkün kiber risklər yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Yeniləmənin ilk mərhələdə yeni Galaxy modellərində təqdim olunacağı, daha sonra isə digər cihazlara yayılacağı bildirilir.
prestij.media
















