Almaniya kansleri Friedrich Merz ABŞ Prezidenti Donald Trump ilə İran arasında əldə olunan razılaşmanın imzalanmasını müsbət addım kimi qiymətləndirib.
Merz bildirib ki, bu razılaşma regionda gərginliyin azalmasına, silahların susmasına və Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasına töhfə verə bilər.
O, həmçinin Almaniyanın gələcəkdə razılaşmanın təhlükəsizliyinin təmin olunmasına hansı formada dəstək verə biləcəyinin müzakirə ediləcəyini qeyd edib. Kansler vurğulayıb ki, Avropa ölkələri müdafiə qabiliyyətlərini gücləndirmək istiqamətində fəaliyyətlərini davam etdirirlər.
















