Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında iyunun 18-də avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi təşkil olunub.
Prestij.media xəbər verir ki, yarışlarda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın idmançı qüvvəsini sınayıb.
Birincilik 2008–2009, 2010–2011 və 2012–2013-cü il təvəllüdlü idmançılar arasında oğlan və qızlar üzrə keçirilib. İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışların yekununda fərqlənən idmançılar diplom və medallarla təltif ediliblər.
Açıq Bakı birinciliyinin texniki nəticələri təşkilatçılar tərəfindən açıqlanıb.
















